• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Ağ Ev: "Qəzzadan olan ailələr ABŞ-a köçə bilər"

DÜNYA

02 May 2024 | 13:26

Ağ Ev: Qəzzadan olan ailələr ABŞ-a köçə bilər

"Bayden administrasiyası münaqişə zonalarında olan ailə üzvləri ilə birləşmək istəyən ABŞ-dakı fələstinlilərə kömək edəcək".

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karine Jean-Pierre deyib.

Onun sözlərinə görə, Bayden administrasiyası ABŞ-da yaşayan fələstinlilər üçün “təxirə salınmış məcburi gediş” praktikasına başlayıb. Belə ki, Amerika vətəndaşlarının qohumları olan və Birləşmiş Ştatlara gəlmək istəyən fələstinliləri dəstəkləmək üçün danışıqlar aparılır. 

"Bu prosedurların necə həyata keçiriləcəyi ilə bağlı detallar hələlik aydın deyil. Təklif olunan tədbirlər qanuni daimi yaşayan və ya ərazidə ailəsi olan ABŞ vətəndaşlarına kömək etmək üçün nəzərdə tutulub" - deyə Ağ Ev rəsmisi qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

16 May 2024