• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

İrandan Britaniyaya sanksiya

DÜNYA

02 May 2024 | 12:36

İrandan Britaniyaya sanksiya

İran Britaniyanın müdafiə naziri Qrant Şappsa və Britaniya Silahlı Qüvvələrinin yüksək komandanlığına sanksiya tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi özünün rəsmi “Telegram” kanalında məlumat yayıb.

Sanksiyaya səbəb Britaniyanın İsraili dəstəkləməsidir.

“İran İslam Respublikasının Xarici İşlər Nazirliyi müvafiq orqanların qərarlarına uyğun olaraq, müvafiq hüquqi normalar və sanksiyalar mexanizmləri çərçivəsində və cavab olaraq, Britaniyanın bir sıra qurum və şəxslərini məsuliyyətə cəlb edib”.

Həmçinin, üç şirkət və Kiprdəki Britaniya hərbi bazası Akrotiri sanksiya siyahısına daxil edilib.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiyalar İsrail rejiminin hərəkətlərini, o cümlədən regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı terror aktları törətməkdə məqsədyönlü şəkildə dəstək verdiyi üçün tətbiq edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 May 2024