• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putinin Türkiyəyə səfərinin gündəliyində bu məsələlər var

DÜNYA

02 Fevral 2024 | 22:03 | Müəllif: Subhan Mahmudov

Putinin Türkiyəyə səfərinin gündəliyində bu məsələlər var

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri zamanı Rusiya-Türkiyə ikitərəfli münasibətləri, ticarət-iqtisadi əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukrayna məsələsi müzakirə olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, Putinlə Ərdoğanın hər görüşü gündəm baxımından çox doludur.

“Gündəmdə ilk növbədə Rusiya-Türkiyə ikitərəfli münasibətləri və ticari-iqtisadi əməkdaşlığımız var”, - Kreml sözçüsü bildirib.

“Türkiyə bu məsələdə prinsipial və müstəqil mövqe sərgiləyən və bizimlə ticarət-iqtisadi əməkdaşlığı davam etdirən nadir ölkələrdən biridir”, - Peskov vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya prezidentinin Türkiyəyə səfərinin tarixini yaxın vaxtlarda açıqlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026