• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

ŞOK: Radev Ukraynaya hərbi texnika tədarülü....

DÜNYA

05 Dekabr 2023 | 01:00

ŞOK: Radev Ukraynaya hərbi texnika tədarülü....

Bolqarıstan Prezidenti Rumen Radev Ukraynaya əvvəllər təsdiqlənmiş zirehli texnika tədarükünə veto qoyub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azadlıq-Azad Avropa” radiosunun Bolqarıstan xidməti prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Radev vetonu zirehli texnikanın Bolqarıstanda - məsələn, sərhədlərin mühafizəsində və ya təbii fəlakətlərlə mübarizədə istifadə oluna biləcəyi ilə əsaslandırıb.

“Mən əminəm ki, Bolqarıstan vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və həyatı əsas prioritet olmalıdır”, - prezident deyib.

Qeyd edək ki, noyabrın 22-də ölkə parlamenti 100 Bolqarıstan zirehli transportyorunun Ukraynaya pulsuz göndərilməsi haqqında sazişi ratifikasiya edib.

Təhvil verilməsi planlaşdırılan zirehli transportyorların təqribən 40 yaşı var və 1980-ci illərin sonunda Bolqarıstan hüquq-mühafizə orqanları tərəfindən ölkənin türk əhalisinin zorla köçürülməsi kampaniyası zamanı istifadə edilib. Daxili İşlər Nazirliyi onları köhnəlmiş adlandırır.

 


SON XƏBƏRLƏR

26 Iyul 2024