ABŞ Dövlət Departamenti bəyanat yayaraq, İrana səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, bəyanat 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücumun ildönümü ilə bağlı yayılıb.
Bəyanatda İran hökumətinin qanunsuz və özbaşına həbslərinə toxunulub, bunun İslam Respublikasına səfər etmək istəyən ABŞ vətəndaşları və ya ikili vətəndaşlığı olanlar üçün ciddi risklər yaratdığı vurğulanıb.
















