• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mark Zukerberq “Meta”nın səhmlərini SATDI

DÜNYA

05 Dekabr 2023 | 11:35

Mark Zukerberq “Meta”nın səhmlərini SATDI

“Meta Platforms”un baş direktoru, feysbuk, “Instagram”, “Messenger” və “Whatsapp”ın sahibi Mark Zukerberq iki ildə ilk dəfə şirkətin səhmlərini satıb.

Bakıvaxtı.az xəbər verir ki, satış əməliyyatı digər fondlarla yanaşı, amerikalı milyarder sahibkarın malik olduğu Zukerberq fondu və xeyriyyə fondunda səhmlərin payının ixtisarı hesabına həyata keçirilib. Ümumilikdə, “Meta”nın həmtəsisçiləri noyabr ayında təqribən 185 milyon dollar dəyərində 682 min səhmi satışa çıxarıblar.

Cari ilin noyabrında ilin əvvəlindən bəri səhmlərin dəyəri 172 faiz artıb və 2021-ci ildəki tarixi maksimuma yaxınlaşır. Hazırda 39 yaşlı Mark Zukerberq “Meta”nın səhmlərinin 13 faizinə malikdir ki, bu da onun 117,7 milyard dollarlıq ümumi sərvətinin böyük bir hissəsini təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026