• Bakı 26° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Fahişələrdən rüşvət alan polis saxlanıldı

DÜNYA

05 Noyabr 2023 | 10:53

Fahişələrdən rüşvət alan polis saxlanıldı

Fahişələrdən rüşvət alan polis əməkdaşı saxlanılıb. Əvəzində isə o, polis reydləri barədə xəbərdarlıq edəcəyinə söz verib.

Bakıvaxtı.az bildirir ki, cinayətdə Kommunarski polis idarəsinin patrul xidmətçisi, 38 yaşlı baş serjant şübhəli bilinir. Müstəntiqlərin fikrincə, o, Kommunarkadakı fahişəxana mənzilində müştərilərə xidmət edən seks işçilərindən 200 min rubldan çox (təxminən 3660 manat) pul alıb.

Dələduzluq fahişələrin tutulması zamanı üzə çıxıb. Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, şübhəlinin günahı təsdiqlənərsə, o, vəzifədən uzaqlaşdırılacaq, rəhbərləri isə intizam məsuliyyəti daşıyacaqlar./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026