• Bakı 25° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

BMT baş katibi Trampın Zelenski və Avropa liderləri ilə görüşünü izləyir

DÜNYA

18 Avqust 2025 | 22:00

BMT baş katibi Trampın Zelenski və Avropa liderləri ilə görüşünü izləyir

 BMT-nin baş katibi Antoniu Quterreş ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və bir sıra Avropa ölkəsinin liderləri arasında Ağ Evdə planlaşdırılan görüşü diqqətlə izləyir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib.

“BMT-nin baş katibi açıq-aydın Vaşinqtonda aparılan müzakirələri çox diqqətlə izləyir”, - o, məsələ ilə bağlı suala cavabında deyib.

Qeyd edək ki, Tramp və Zelenski Vaşinqtonda görüşür. Görüşə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Ciorcia Meloni də qoşulacaq. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də görüşdə iştirak etmək planlarını açıqlayıb.

Vaşinqtonda keçiriləcək görüş digər məsələlərlə yanaşı, Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarının müzakirəsinə həsr olunacaq.


SON XƏBƏRLƏR

18 Avqust 2025