• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Rus dilini belarus dilindən qat-qat yaxşı bilirəm" - Lukaşenko

DÜNYA

17 Sentyabr 2025 | 20:35 | Müəllif: Subhan Mahmudov

"Rus dilini belarus dilindən qat-qat yaxşı bilirəm" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin səbəblərindən biri kimi rus dilinə qoyulan məhdudiyyətləri göstərib.

Bakıvaxtı.az xəbər verir ki, Lukaşenko, həmçinin, rus dilini belarus dilindən qat-qat yaxşı bildiyini etiraf edib.

"Rus dilini belarus dilindən qat-qat yaxşı bilirəm. Allah eləməsin, biz dil məsələsini qızışdırmağa başlayaq, yoxsa problem olacaq. Bu, bizim dilimizdir. Əgər belarus dili rus dilindən geri qalırsa, bunu sakit şəkildə bildirməliyik ", - deyə o bildirib.

Onun sözlərinə görə, milli dilin qorunub-saxlanması rus dilinə qoyulan hər hansı məhdudiyyətlə əlaqələndirilməməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026