• Bakı 17° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Pakistan və Əfqanıstan razılığa GƏLDİ

DÜNYA

17 Oktyabr 2025 | 20:15

Pakistan və Əfqanıstan razılığa GƏLDİ

Pakistan və Əfqanıstan mövcud atəşkəs rejiminin Dohada planlaşdırılan danışıqlar başa çatana qədər uzadılması barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

“Pakistan və Əfqanıstan cümə günü Dohada planlaşdırılan görüşlər başa çatana qədər 48 saatlıq atəşkəsin uzadılması barədə razılığa gəliblər”, - məlumatda deyilir.

Bildirilir ki, Pakistan nümayəndə heyəti artıq Dohadadır, Əfqanıstan nümayəndələrinin isə şənbə günü, oktyabrın 18-də Qətərin paytaxtına gedəcəyi gözlənilir.

Qeyd edək ki, iki qonşu ölkə arasında münasibətlər zaman-zaman gərginləşir və sərhəd bölgəsində silahlı toqquşmalar baş verir.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025