• Bakı 14° C

    4.48 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib

    DÜNYA

    16 Noyabr 2025 | 14:03

    Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib

    Almaniya, Gürcüstan, Şimali Makedoniya və Mərakeş müxtəlif cinayət əməllərinə görə axtarışda olan 10 nəfəri Türkiyəyə təhvil verib.

    Bakıvaxtı.az xəbər verir ki, Türkiyəyə təhvil verilən şəxslərdən yeddisi İnterpol siyahılarına daxil edilib, üçü isə ölkə daxilində axtarışda olub.

    Daxili işlər naziri Ali Yerlikaya cinayətdə şübhəli bilinən şəxslərin əksəriyyətinin Almaniya (4) və Gürcüstan (3) tərəfindən Türkiyəyə təhvil verildiyini bildirib.

    Nazir ölkəyə gətirilən şəxslərin fotoşəkillərini sosial mediada paylaşaraq bildirib: “Bu şəxslər narkotik qaçaqmalçılığı, terrorizm, qanunsuz silah saxlama, fırıldaqçılıq, oğurluq və digər cinayətlərdə iştirak etdiklərinə görə axtarışda olublar”.

    A.Yerlikaya xaricə qaçmağın cinayətkarların ədalət mühakiməsindən yayınmasına kömək etməyəcəyi ilə bağlı əminlik ifadə edib.


    SON XƏBƏRLƏR

    15 Noyabr 2025