Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkədə immiqrasiya qanunlarını pozaraq yaşayan 43 əcnəbini deportasiya ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat verib.
Qeyd edilib ki, Azərbaycan, Banqladeş, Misir, İran, Hindistan, İordaniya, Pakistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan və Efiopiya vətəndaşları Gürcüstandan deportasiya ediliblər.
İlin əvvəlindən bəri ölkədən 1200 qanunsuz miqrantın deportasiya edildiyi bildirilir ki, bu da son bir neçə ilin ümumi rəqəmlərini aşır.
Zeynəb Rzayeva
Bakı 



