• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Boşak: Ukrayna ilə tərəfdaşlıq əlaqələrimiz yoxdur 

DÜNYA

16 Dekabr 2025 | 13:12

Boşak: Ukrayna ilə tərəfdaşlıq əlaqələrimiz yoxdur 

"Polşanın Ukrayna ilə heç vaxt həqiqi tərəfdaşlığı olmayıb". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşa Seyminin vitse-marşalı (sədr müavini) Kşiştof Boşak "Polsat" televiziyasına verdiyi müsahibədə ölkə prezidenti Karol Navrotskinin "Polşa ilə Ukrayna arasında tərəfdaşlıq elementini itirmişik" açıqlamasını şərh edərkən bildirib.

"Mən bu sözlərlə razı deyiləm, çünki nəyisə itirmək üçün ona sahib olmaq lazımdır. İnanıram ki, Polşa ilə Ukrayna arasında heç vaxt əsl tərəfdaşlıq olmayıb", - Boşak deyib.

Onun fikrincə, ikili arasında tərəfdaşlıq əvəzinə, şiddətli rəqabət olub: "Çünki ukraynalıların heç vaxt tərəfdaşlığa ehtiyacı yox idi".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR