• Bakı C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Türkiyədə inşaat zamanı uçqun olub, ölən var

DÜNYA

16 Noyabr 2025 | 17:22

Türkiyədə inşaat zamanı uçqun olub, ölən var

Türkiyənin Şanlıurfa şəhərində tikinti sahəsi üçün beton tökülərkən uçqun baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində beş işçi dağıntılar altında qalıb.

Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

09 Yanvar 2026