Ermənistanda X.Abovyan adına Pedaqoji Universitetin rektoru, prorektoru və bir neçə əməkdaşı saxlanılıb.
Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Onlar universitetdə cinayətkar qruplaşma yaratmaqda və ona rəhbərlik etməkdə, xüsusilə külli miqdarda vəsaiti büdcədən yayındırmaqda, həmçinin rüşvətxorluqda ittiham olunurlar.