• Bakı 13° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Meksikada “Z nəsli” etirazı - 100-dən çox polis yaralandı

DÜNYA

16 Noyabr 2025 | 12:38

Meksikada “Z nəsli” etirazı - 100-dən çox polis yaralandı

Meksikanın paytaxtı Mexiko şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyasında ciddi qarşıdurmalar baş verib.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, bu barədə məlumatı paytaxtın ictimai təhlükəsizlik katibi Pablo Vaskes Kamaço mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, toqquşmalar nəticəsində 100-dən çox polis xəsarət alıb. 60 polisə yüngül tibbi yardım yerində göstərilib, daha 40 əməkdaş isə xəstəxanaya yerləşdirilib:

“Onlardan 36-sında qançır, kəsik və yüngül zədələr aşkarlanıb, 4 polisə isə daha ciddi travmalar səbəbilə xüsusi tibbi yardım göstərilir. Aksiyanın əvvəlində vəziyyət tam sakit olub, lakin bir müddət sonra maskalı şəxslər zorakı hərəkətlər etməyə başlayıb. Bundan sonra əraziyə əlavə polis qüvvələri cəlb olunub”.

Hadisə ilə bağlı 20 nəfər saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, “Z nəsli” şüarı altında keçirilən bu aksiyalar ölkə üzrə sürətlə artan cinayətkarlığa etiraz məqsədi daşıyır.


SON XƏBƏRLƏR

15 Noyabr 2025