• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Lavrov: Rusiya Suriyaya xəyanət etməyib

DÜNYA

16 Dekabr 2025 | 10:28

Lavrov: Rusiya Suriyaya xəyanət etməyib

"Rusiya Suriyada heç kimə xəyanət etməyib. Orada baş verən hadisələr respublikanın daxili işi idi".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə bildirib.

Nazir Qərb mediasının Moskvanın bir vaxtlar tərəfdaşı olanlara arxa çevirdiyi iddialarını şərh edərkən bildirib: "Bizə Suriyaya xəyanət etdiyimizi dedilər. Heç kimə xəyanət etmədik. Artıq orada Suriya Ərəb Respublikasının daxili məsələsi hesab etdiyimiz hadisələr baş verib. Yeni hakimiyyətlə sabit münasibətlərimiz var. Qoy onlar Rusiyanın kimisə tək qoyduğunu düşündükləri zaman bariz nümunə göstərsinlər".

Aynur Babazadə


SON XƏBƏRLƏR

30 Yanvar 2026