• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Əraqçi Moskvada səfərdədir 

DÜNYA

16 Dekabr 2025 | 10:45

Əraqçi Moskvada səfərdədir 

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb. 

"Bu cür təmaslar Moskva ilə Tehran arasında sabit münasibətləri gücləndirir", -  İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

Səfir qeyd edib ki, İran və Rusiya arasında sabit münasibətlər yüksək səviyyəli görüşlərin davam etdirilməsi sayəsində möhkəmlənir: "Ötən həftə Aşqabadda iki ölkə prezidentləri arasında keçirilən məsləhətləşmələrdən sonra Əraqçi bu gün Rusiya xarici işlər naziri və digər rəsmilərlə görüşmək üçün Moskvaya səfər edib".

O, həmçinin gündəliyin hazırda geniş siyasi məsələləri və iqtisadi layihələri əhatə etdiyini və ortaq məqsəd və yanaşmaların təşviqi üçün regional və beynəlxalq əməkdaşlığın davam etdiyini və bunun münasibətləri yeni səviyyəyə qaldırmağı hədəflədiyini vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR