Yekaterinburqda bu ilin iyun ayında saxlanılan azərbaycanlıların həbs müddəti uzadılıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi istintaqın Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların həbs müddətinin uzadılması barədə vəsatətininin təmin edilməsi barədə qərar çıxarıb.
İstintaqın versiyasına görə, 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir neçə qətl və sui-qəsddə iştirak edən azərbaycanlılar 29 dekabr 2025-ci ilə qədər həbsdə qalacaqlar.
Qeyd edək ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.