• Bakı 20° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Putin Budapeştdə həbs olunmayacaq - Siyarto

DÜNYA

17 Oktyabr 2025 | 18:21

Putin Budapeştdə həbs olunmayacaq - Siyarto

Rusiya Prezidenti Vladimir Putin Budapeştə səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə həbs olunmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Putini qəbul edəcəyik, uğurlu danışıqları və onun sağ-salamat vətənə qayıtmasını təmin edəcəyik”, - o bildirib.

Qeyd edək ki, Macarıstan Roma Əsasnaməsini rəsmi olaraq ratifikasiya etsə də, ölkə hakimiyyəti hələ 2023-cü ildə ukraynalı uşaqların deportasiyasına görə Putinə qarşı BCM-nin orderini icra etməyəcəyini açıqlamışdı.


SON XƏBƏRLƏR

02 Iyun 2026