İranın cənub-şərqində 700 min ildir ki, yatmış Təftan vulkanı oyanmağa başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın “Geophysical Research Letters” elmi jurnalında dərc edilən hesabatda deyilir.
Bildirilir ki, Təftan zirvəsi 2023-cü ilin iyulundan 2024-cü ilin mayına qədər - 10 ay ərzində doqquz santimetr yüksəlib. Vulkan öz normal vəziyyətinə qayıtmayıb və bu da onun səthinin altında qaz təzyiqinin artdığını göstərir. Alimlər qeyd edirlər ki, Təftanın oyanması onun vəziyyətinin nəzərdən keçirilməsini və fəaliyyətinin monitorinqini tələb edir.
Qeyd edilir ki, Təftan vulkanının hündürlüyü təxminən 3940 metrdir. İran və Pakistan sərhəddində dağlıq bir bölgədə yerləşir.