• Bakı 16° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Rusiyada azərbaycanlı iş adamı həbs edildi

DÜNYA

17 Oktyabr 2025 | 18:49

Rusiyada azərbaycanlı iş adamı həbs edildi

Smolensk vilayətinin Milli Konqresinin rəhbəri, azərbaycanlı iş adamı Faiq Əliyev rüşvət işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib və 8,4 milyon rubl məbləğində cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, 2020-ci ilin martından 2024-cü ilin dekabrına qədər mehmanxana kompleksinin və ticarət mərkəzinin sahibi olan Əliyev "PJSC MRSK Central - Smolenskenergo"nun məmuruna 846 min rubl rüşvət verməkdə ittiham olunur.

“Məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq, iş adamını 4 il müddətinə azadlıqdan məhrumetmə və 8 milyon 465 min rubl məbləğində cərimələyərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə qərar verib”, - prokurorluqdan bildiriblər.


SON XƏBƏRLƏR