• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

BMT-nin baş katibi Bakı və İrəvanın birgə bəyanatını alqışlayıb

DÜNYA

09 Dekabr 2023 | 00:11

BMT-nin baş katibi Bakı və İrəvanın birgə bəyanatını alqışlayıb

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyəti barədə birgə bəyanatını alqışlayır və bunun uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcəyinə ümid edir.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu brifinqdə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Baş katib Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayır. BMT tərəfləri bu sazişdən qarşılıqlı etimadı inkişaf etdirmək və xalqlarının və regionun rifahı naminə uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə təşviq edir”, - deyə sözçü qeyd edib. 


SON XƏBƏRLƏR

26 Iyul 2024