• Bakı 11° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8331

    RUB - 0.0184

BMT Təhlükəsizlik Şurası Azərbaycanla bağlı söz haqqını çoxdan itirib

Gündəm

22 Sentyabr 2023 | 16:07

BMT Təhlükəsizlik Şurası Azərbaycanla bağlı söz haqqını çoxdan itirib

Xəbər verdiyimiz kimi, sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirə keçirilib. Qeyd edək ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

Bakıvaxtı.az xatırladır ki, nazir Bayramov BMT-dəki müzakirələrdə növbəti dəfə erməni yalanlarını ifşa edib.

Ermənistanın işğalçılıq siyasətinə 30 il göz yuman BMT-nin son zamanlar Qarabağa bu qədər diqqət ayırması nəyin göstəricisidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanla bağlı söz haqqını çoxdan itirib: “Bəzi daimi üzvləri üçün maraq kəsb edən məsələlər üzrə qətnamələri saatlar içində icra edən BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən 4 qətnaməni 27 il ərzində icra etmədi. Azərbaycan özü hərbi-siyasi yolla qətnamələrin icrasına nail oldu. Son 3 ildə bir ovuc separatçı üçün 4 dəfə toplanan Təhlükəsizlik Şurası 30 il 1 milyon məcburi köçkünün iztirabını görməzdən gəldi. Öz evindən işgəncə və təzyiqlər altında, zorakılıqla qovulan 350 minlik Qərbi azərbaycanlını 35 ildir görməzdən gəlir”.

Deputat qeyd edib ki, mina terroru ilə bağlı az qala hər il qətnamələr qəbul edən Oslo, Ottava, Brüssel Konvensiyalarını dildə təşviq edən BMT məhz Ermənistanın dövlət səviyyəsində işğal və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın dünyanın mina ilə ən çox çirklənən bölgəyə çevrilməsindən danışmır: “Saxtakar şəkildə "təhlükəsizlik və insan haqları" iddialarını utanmazcasına dünyanın ən ali masasına daşıyanlar son 3 ildə 300-dən çox mina qurbanımızı görmək istəmir”.

Bəhruz Məhərrəmov: Bir ovuc separatçı üçün toplanan TŞ 30 il 1 milyon məcburi köçkünün iztirabını görməzdən gəldi

B.Məhərrəmovun sözlərinə görə, etnik separatizm və terroru açıq formada müdafiə edən Avropa İttifaqı, Fransa və Almaniya kimi subyektlər 3 gün öncə 8 vətəndaşımızın məhz bu terrorçuların mina terrorunun qurbanına çevrilməsi barədə bir kəlmə də danışmır: “Belə olan halda BMT Təhlükəsizlik Şurasının söz haqqı qəbul edə bilərmi? Bu mənada, ötən gün müzakirələr beynəlxalq hüquq adına utanc idi və məhz elə təşəbbüskarların özləri üçün qəbuledilməz presedentlərə yol açacaq”.

Aytac Aslan


SON XƏBƏRLƏR

08 Dekabr 2023