Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxşı zamanı deyib.
O, Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduqlarını bəyan edib: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ilin sonunadək imzalanması yüksək dərəcədə realdır. Avropa Parlamentinin Prezidenti Roberta Metsolanın da bildirdiyi kimi, bu ay Azərbaycan tərəfi ilə Brüsseldə görüşmək barədə razılığa gəlmişik. Prinsiplər bu görüşdə təsdiqlənərsə, müqavilə imzalanar".
Paşinyan Mehri dəmir yolu xəttinin bərpasına hazır olduğunu da bildirib.
Millət vəkili Asim Mollazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan bənzər bəyanatları çox səsləndirib.
Deputatın sözlərinə görə, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu Vaşinqtonda, Brüssüldə, Strasburqda bir neçə dəfə deyib: "Ancaq reallıq və fakt ortadadır. İndiyə kimi bu istiqmətdə İrəvan hökuməti heç bir ciddi addım atmayıb. Əksinə, Paşinyan hökuməti hər fürsətdən istifadə edərək Azərbaycana qarşı əsassız ittihamlar irəli sürb. Ölkəmiz əleyhinə yalanlar, böhtanlar söyləyib. Əfsuslar ki, Ermənistan hökumətinin rəhbəri sülhə hazır olduqlarını iddia etsə də, sülhə yönəlik addımlar atmır. Biz gözləyirik”.

Asim Mollazadə:Ermənistan hökumətinin rəhbəri sülhə hazır olduqlarını iddia etsə də...
Azərbaycanın sülhə tam hazır olduğunu deyən A.Mollazadə bildirib ki, bizə sülh lazımdır: “Lakin Ermənistanın Baş naziri sülhlə bağlı bəyanatlarının arxasında dayanmır, qaçır. Müxtəlif bəhanələr gətirərək danışıqlar prosesindən yayınır. Ona görə də Paşinyan hökumətinin müsbət tonlu açıqlamalarına inam yoxdur. Çünki yalanlar təkrarlanır".
Aydın Baxış
















