• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Arutyunyan açıqladı: Azərbaycan Ordusu sentyabrda...

GÜNDƏM

11 Noyabr 2023 | 12:37 | Müəllif: Subhan Mahmudov

Arutyunyan açıqladı: Azərbaycan Ordusu sentyabrda...

Sentyabrdakı müharibənin sonunda Azərbaycan Ağdərəni tamamilə mühasirəyə aldı.

Bakıvaxtı.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin – “artsax”ın “dövlət naziri” Artur Arutyunyan deyib.

"Azərbaycan qoşunlarının irəliləməsi və infrastrukturun, yolların, o cümlədən Xankəndini birləşdirən yolların itirilməsi panikanı artırdı. Bundan sonra biz oradakı əhalini təxliyə etməyə başladıq. Hava limanının ərazisində çoxlu sayda təxliyə edilmiş həmyerlimiz olduğundan, onlar üçün də çadırlar qurduq və yeməklə təmin etdik. O insanlar da Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə idilər, ona görə də biz ilk evakuasiyaya elə orada başladıq. Çünki hər yer Azərbaycan Ordusunun nəzarətində idi”, - o deyib.

Qeyd edək ki, bu, Azərbaycan Ordusunun Qarabağda etnik təmizləmə və qırğınlar törətməsi haqda iddiaların əsassız olduğunu növbəti dəfə sübuta yetirir. Hərbçilərimiz hətta mühasirə vəziyyətindəki erməni terrorçuların təslim olub ərazini tərk etməsinə şərait yaradıb./globalinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026