• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sülh dasnışıqları: İlin sonuna, yaxud yeni ilin ilk həftəsində...

GÜNDƏM

11 Dekabr 2023 | 12:27 | Müəllif: Qalib İbrahimoğlu

Sülh dasnışıqları: İlin sonuna, yaxud yeni ilin ilk həftəsində...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlinib, hətta başqa məsələlər də var. Onun sözlərinə görə, nəhayət razılaşdırılmamış başqa məqamlar da var.

“Düşünürəm ki, xarici işlər nazirlərinin yaxın gələcəkdə gözlənilən görüşü bütün məsələlər üzrə həll yollarını axtarmaq və tapmaq üçün fürsət olacaq. Ermənistan həll yollarını axtarmağa və sülh sazişini başa çatdırmağa hazırdır. Son versiya budur ki, Ermənistan təkliflərə cavab verib və hesab edirəm ki, o, bəzi məsələləri həll edir", - deyə Qriqoryan bildirib.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, sülh müqaviləsinin 70 faizi razılaşdırılıb və siyasi iradə olarsa, çox qısa müddətdə imzalana bilər.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, Ermənistan qətiyyətli olarsa, ilin sonuna, yaxud yeni ilin ilk həftəsində sülh müqaviləsinin imzalanma ehtimalı çox böyükdür.

Ekspert bildirib ki, Ermənistanla normal yaşaya bilərik, hətta sülh müqaviləsindən sonra kommunikasiya, nəqliyyat xəttinin və sərhədlərin açılması, ticarət əlaqələrinin bərpa edilməsi də gündəmə gələ bilər. Onun sözlərinə görə, amma xoş sözlərdən öncə tərəflər kompromisə getməyə və ortaq nöqtə tapmağa çalışmalıdır: “Yoxsa bir tərəfdən Ermənistanın sülh istəməsi, digər tərəfdən anklavlar məsələsində, delimitasiya məsələsində güzəştə getməməsi İrəvanın müsbət niyyətdə olmadığını göstərir. Sırf Azərbaycan tərəfi güzəştə getməli deyil ki? Ermənistan da güzəştlərə hazır olmalıdır. Elə görüntü yaranır ki, sanki Azərbaycan tərəfi hansısa qəbuledilməz şərtlər qoyur və s. Məsuliyyəti bizim üzərimizə atmağa çalışırlar. Halbuki, bizim qalib tərəf kimi şərt qoymaq, tələb etmək hüququmuz var. Qazaxın yeddi, Naxçıvanın bir kəndini unutmamalıyıq. Niyə sərhədlərin delimitasiya və demarkasiyasından Ermənistanın tələbləri, xəritələri əsas götürülməlidir? Bu məsələdə qalib Azərbaycanın tələbləri əsas götürülməlidir".

T.Rzayevin fikrincə, Ermənistan hakimiyyəti sülh üçün tələsmir, sadəcə sülh üçün tələsən kimi görünür: "Çünki ABŞ bunu onlardan tələb edir. Tələb edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasın və tezliklə rus hərbi bazasını ölkədən çıxartsın. Ermənistanın hava sahəsini və sərhədlərinin nəzarətini Rusiyanın əlindən alsın. Bununla ABŞ Ermənistanda möhkəmlənəcək. Hətta ola bilsin NATO orduları bölgəyə yerləşsin”.

Turab Rzayev: Ermənistan hakimiyyəti sülh üçün tələsmir, sadəcə...

Müsahibimizə görə, ancaq Paşinyan yaxşı bilir ki, bunlar Rusiyanın çox kəskin aqressiyasına səbəb ola bilər. Yeni Ukrayna hadisələri baş verə bilər: “Rusiya Ermənistanda hakimiyyəti zorla dəyişdirməyə çalışar. Ermənistan daxilində vətəndaş müharibəsi başlayar. Paşinyan bunu bildiyi üçün maksimum müddəti uzatmağa, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmağa çalışır. Lakin bir daha deyirəm, Ermənistan da, Azərbaycan da müəyyən qarşılıqlı kompromisə gedərsə, sülh müqaviləsinin imzalanması mümkündür".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026