"Azərbaycan-Ermənistan arasında hansısa sənədin imzalanması real sülhün əldə olunması anlamına gəlmir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, ermənilər öz iddialarından vaz keçmədikcə, imza atılan sənədlərin mənası qalmayacaq: "Ermənistan üçtərəfli bəyanata imza atıb. Ancaq 3 il ötsə də, hələ İrəvan hökuməti öz öhdəliyini icra etməyib. Kim təminat verir ki, Paşinyan yeni sənədə imza atdıqdan sonra oradakı müddəaları reallaşdıracaq, öhdəliyindən boyun qaçırmayacaq. O baxımdan əslində fərqli danışıqlar platformalarının da əhəmiyyəti yoxdur. Çünki qarşı tərəf verdiyi sözü tutmayan Ermənistandır".
Müsahibimiz nəinki ilin sonunadək, ümumiyyətlə tərəflər arasında sülhün imzalanacağına inanmır: "Nəzərə alaq ki, tarixi torpaqlarımızın bir hissəsi hələ də erməni işğalındadır. 8 kəndimiz ermənilərdədir. Bunlar da həllini tapmayıb. Ermənilər çalışırlar ki, tez-tələsik 30 min kv. km. ərazini Azərbaycana rəsmən tanıtsınlar”.

Tural Abbaslı: Nəinki ilin sonunadək, ümumiyyətlə tərəflər arasında sülhün imzalanacağına inanmıram
Bu prosesin əleyhinə olduğöunu deyən Tural Abbaslıya görə, tarixi təcrübə göstərir ki, Azərbaycan və Ermənistan arasındakı münasibətləri hərbi güc tənzimləyir.
Aydın Baxış
















