• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Sərhəddə gözləyən yük avtomobillərinin sayı AÇIQLANDI

GÜNDƏM

12 Dekabr 2023 | 21:01 | Müəllif: Subhan Mahmudov

Sərhəddə gözləyən yük avtomobillərinin sayı AÇIQLANDI

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1285 avtomobil gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 230, “Biləsuvar” gömrük postunda 68, “Mazımqara” gömrük postunda 52, “Samur” və “Xanoba” gömrük postlarında hərəsində 10 yük maşını var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR