• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrəvana son şans: Ermənistan İlham Əliyevin xəbərdarlığını ciddi qəbul etməlidir

GÜNDƏM

11 Yanvar 2024 | 14:38 | Müəllif: Qalib İbrahimoğlu

İrəvana son şans: Ermənistan İlham Əliyevin xəbərdarlığını ciddi qəbul etməlidir

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox məqamlara toxunub.

Dövlət başçısı Zəngəzur dəhlizindən də danışıb. Vurğulayıb ki, Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Ölkə rəhbəri əlavə edib ki, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq: "Əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir".

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Prezidentin Zəngəzur dəhlizi ilə əlaqəli qeyd etdiyi nüanslar Azərbaycan üçün qırmızı xəttdir.

Ekspert vurğulayıb ki, Ermənistan əgər Azərbaycanla sülh istəyirsə, Azərbaycan Prezidentinin dediklərini qeyd-şərtsiz həyata keçirməlidir: "Azərbaycandan Azərbaycana hərəkət nəzarətsiz olmalıdır. Bu, qəti və son təklifdir”.

Onun sözlərinə görə, dünyanın yenidən dizayn olunduğunun və yeni düzəninin yarandığı zamanda, dünyanın qarşı-qarşıya dayanan qütblərə bölündüyü bir məqamda Ermənistanın regionda gərginliyi saxlayan hərəkətləri Azərbaycana səbəb verəcək ki, bu destruktiv hərəkətlərin qarşısını alsın: “Bu da Ermənistan üçün yox olmaq həddinə gələcək proseslərə start verilməsi deməkdir. İrəvan son şansını doğru dəyərləndirməli, Azərbaycanın xəbərdarlıqlarını ciddi qəbul etməlidir. Əks halda Azərbaycan Ermənistanla indiki kimi mülayim davranmayacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026