• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zəngəzur dəhlizi məsələsi iki yolla həll oluna bilər - AÇIQLAMA

GÜNDƏM

10 Yanvar 2024 | 15:57 | Müəllif: Qalib İbrahimoğlu

Zəngəzur dəhlizi məsələsi iki yolla həll oluna bilər - AÇIQLAMA

"Zəngəzur dəhlizi iki ölkə - yəni Azərbaycan və Ermənistan arasında həllini tapmalıdır. Burada İranın, Fransanın, yaxud başqa ölkənin mövqeyi, təklifi bizim üçün əsas deyil".

Bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş XİN başçısı bildirib ki, Zəngəzur dəhlizi məsələsi iki yolla həll oluna bilər. Onun sözlərinə görə, Azərbaycanın qarşısında strateji və çox məntiqli məqsəd var. Məsələ odur ki, bir dövlətin iki hissəsi arasında yol yoxdur: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvana quru yolla sərbəst gediş-gəliş imkanı yaradılmalıdır. Bunun üçün ya Ermənistan indiki ərazisindən bizə yol, keçid verməlidir, ya da biz 1920-ci ilin xəritələrini gündəmə gətirməliyik”.

T.Zülfüqarov qeyd edib ki, Zəngəzur bölgəsi Ermənistana qanunsuz verilib: “1920-ci ildə Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafbüronun qanunsuz qərarı ilə Zəngəzur bizdən qoparılıb. O zaman buna rəhbərlik edən S.Orconikidze idi. Azərbaycan xalqının bu qərarda heç bir iştirakı olmayıb. Niyə bu qanunsuz qərarla razılaşmalı, onu qəbul etməliyik? Öz qanuni torpaqlarımızı tələb edə bilərik. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı tələbimizi qəbul etməzsə, bu məsələni geniş şəkildə müzakirə masasına gətirməli, danışıqlar predmetinə çevirməliyik. Əminəm ki, məsələ beynəlxalq qanunlara uyğun olaraq öz həllini tapacaq".

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan baş naziri Nikol Paşinyan reallığı daha yaxşı başa düşür: "Anlayır ki, Azərbaycanla problemlər, xüsusən sərhəd məsələsi ancaq danışıqlar yolu ilə həll edilməlidir. Artıq bu proses gedir. Paşinyan özü sərhədlərin müəyyənləşməsi ilə bağlı 1975-ci ilin xəritəsini gündəmə gətirib. O baxımdan son günlər erməni mediasının "Azərbaycan Ordusu Zod yatağına girdi" kimi iddiaları cəfəngiyyatdır. Çünki Azərbaycan və Ermənistan arasında müəyyənləşmiş sərhəd yoxdur. Sülh sazişi imzalanmadığı üçün münaqişənin tam başa çatdığını söyləmək olmaz".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026