• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Boks yığmamızın Olimpiya oyunlarına hazırlığı ilə bağlı qərar verilib

İDMAN

10 Iyul 2024 | 17:32 | Müəllif: Əli Hüseynov

Boks yığmamızın Olimpiya oyunlarına hazırlığı ilə bağlı qərar verilib

Azərbaycanın kişi boksçulardan ibarət yığma komandasının Olimpiya oyunlarına hazırlaşacağı ölkə bəlli olub.

Azərbaycan Boks Federasiyası bu barədə məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, komandamız Almaniyanın  Saarbrükken şəhərində keçiriləcək məşq ttoplantısında hazırlıqlara başlayacaq.

Komandanın heyətində olimpiyaçılar – Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominges (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) yer alıblar.

 

Toplanış bu ayın 20-də yekunlaşacaq.

 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026