• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Paris-2024: Azərbaycan millisi növbəti dəfə çıxış edib - YENİLƏNİB

İDMAN

09 Avqust 2024 | 14:00

Paris-2024: Azərbaycan millisi növbəti dəfə çıxış edib - YENİLƏNİB

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə üç lent və iki topla bacarıqlarını göstərib.

Yığma 28.150 xala layiq görülüb. Milli halqalarla hərəkətlərdə 33.850 xal toplamışdı.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

12:18

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Bakıvaxtı.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib.

Yığma 33.850 xala layiq görülüb. Komanda lentlərlə də bacarıqlarını göstərəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024