• Bakı 19° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Bölgədə təxribatlar istisna olunmur” - Millət vəkili

SİYASƏT

25 May 2023 | 17:08

“Bölgədə təxribatlar istisna olunmur” - Millət vəkili

 “Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanınması, olduqca müsbət haldır”.

Bunu Bakıvaxtı.az-a millət vəkili Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, çətinliklə də olsa, Ermənistan siyasi hakimiyyəti reallığı qəbul edir, erməni milli şüurunda inqilabi dəyişiklər baş verir.

Deputat bildirib ki, ancaq böyük sülh müqaviləsinin imzalanması üçün mətbuat qarşısında bəyanatla çıxış etmək kifayət eləmir: “Burada tarixi məsuliyyəti dərk etmək, siyasi iradə nümayiş etdirmək lazımdır. Paşinyanda isə, bu potensial hiss olunmur. Güclü xarici və daxili təzyiqlər, uzun illər ərzində erməni-daşnak millətçilərinin apardığı xəstə təbliğat, prosesin irəliləməsinə maneçilik törədir. Paşinyanı radikal addımlar atmaqdan çəkindirir”.

N.Məhəməliyevə görə, təsadüfi deyil ki, həmin bəyanatdan dərhal sonra revanşist qüvvələrin, Qarabağ separatçılarının ciddi etirazları başlandı: “İranın bütün kütləvi informasiya vasitələri Paşinyanın fikirlərini özlərinə təhdid olaraq təqdim edirlər. Hətta erməni millətçilərindən daha irəli gedərək, Paşinyanı hədələməkdən çəkinmirlər. Şimal qonşumuz narazılığını bildirdi. Bu baxımdan, bölgədə təxribatlar istisna olunmur”.

Cavad


SON XƏBƏRLƏR