• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycandan Ağdam-Xankəndi yolu ilə bağlı TƏKLİF

SİYASƏT

24 Iyun 2023 | 16:22

Azərbaycandan Ağdam-Xankəndi yolu ilə bağlı TƏKLİF

Xarici işlər naziri Ceyhun Bayramovun iyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşü zamanı Qarabağın erməni sakinlərinə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərilməsi imkanları müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib.

Mövcud vəziyyətlə əlaqədar, erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026