2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:
"Sizi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün tam təmin olunması istiqamətindəki davamlı fəaliyyətiniz və əldə etdiyiniz tarixi nailiyyətlər münasibətilə təbrik etməkdən böyük şərəf hissi duyuram.
Mən Sizin Qarabağda yaşayan ermənilərin reinteqrasiyası prosesi, onların hüquqlarına zəmanət verilməsi ilə bağlı mövqeyinizi, həmçinin müxtəlif mədəniyyətlərə və dini inanclara münasibətinizi tam şəkildə dəstəkləyir və yüksək qiymətləndirirəm. Azərbaycanın müxtəlif etnik və dini icmalar arasında anlaşmaya göstərdiyi diqqət və dəstəkdən qurur duyuram.
Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".