• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Avropa İttifaqı Ermənistanda Rusiya ilə kəllə-kəlləyə gəlir

SİYASƏT

26 Oktyabr 2023 | 12:47 | Müəllif: Qalib İbrahimoğlu

Avropa İttifaqı Ermənistanda Rusiya ilə kəllə-kəlləyə gəlir

"Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasını genişləndirməyi planlaşdırır".

Bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert bildirib ki, Aİ bu addımı “Azərbaycanın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə təhdidə cavab” olaraq atdıqlarını bəyan edir: "Avropa İttifaqının hədəfi Rusiyanı Ermənistanda sıxışdırmaq və İrəvan üzərindən Cənubi Qafqazda möhkəmləndirməkdir. Lakin səbəb kimi Rusiyanı göstərməklə Moskvanın İrəvana təzyiqinə zəmin yaratmaq istəməyən Brüssel bu gedişini Azərbaycana qarşı ittihamla “legitimləşdirməyə” çalışır”.

Onun sözlərinə görə, digər, xüsusilə cari plana hesablanmış səbəb isə Bakının Fransanın rəhbərlik etdiyi və erməni maraqlarının müdafiə olunduğu Qərb masasına gətirmək, sülh danışıqlarını gündəmdə olan regional platformadan çıxarmaqdır.

Asif Nərimanlı siyasi ekspert

“Azərbaycana qarşı “işğalçı” ittihamları üzərindən Bakıya təziq etməyə çalışırlar. Amerika dövlət katibi Entoni Blinkenin adından ABŞ mediasında Azərbaycana qarşı irəli sürülən ittihamlarla Aİ-nin müşahidə missiyasını genişləndirmək planını birləşdirən nöqtə də budur", - deyə Asif Nərimanlı qeyd edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR