• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Böyrək və qaraciyər üzrə yeni xəstəlik tapıldı

CƏMİYYƏT

03 Iyun 2022 | 04:39 | Müəllif: Qalib İbrahimoğlu

Böyrək və qaraciyər üzrə yeni xəstəlik tapıldı

Genetik mutasiya nəticəsində yaranmış bu xəstəliklər orqanın tam iflası ilə nəticələnir. Ona görə onlara transplantasiya tələb oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, Britaniyanın Nyukasla universitetinin alimləri əvvəllər tibbə məlum olmayan genetik xəstəlik aşkarlayıb. Onun adı çiliopatiyadır.

15 xəstənin genləri analiz edilib. Onlardan 8 nəfəri ailəiçi qohum olub.

15 pasiyentin hamısında eyni patologiya aşkarlanıb: uşaq yaşlarından onlarda böyrəklər və ya qaraciyər sıradan çıxıb, eləcə də miokardın işi pozulub.

Bütün bu proseslər qaraciyərin fibrozu ilə müşayiət olunub (bakupost.az). Onların yarısı orqan köçürülməsi ilə həyatda qala bilib.

Analizlərin nəticəsində TULP3 genində mutasiya aşkarlanıb. Bu gen eyniadlı zülalı kodlaşdırır, bu zülal çiliy adlı hüceyrənin funksiyasını təmin edir.

Defekt gen orqanların hüceyrələrində dağıdıcı prosesi işə salır, nəticədə birləşdirici toxumada çapıqlar, orqanda fibroz əmələ gəlir.

Hazırda yeni diaqnoz üzrə dünyada nə qədər xəstə olduğu aşkarlanmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026