Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 418 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 200 nəfərdir.
Ölkədə son sutka ərzində 2 098, hazırkı dövrədək isə 6 968 836 test aparılıb.

















