• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Lassa qızdırması: İnfeksionistdən TÖVSİYƏ

CƏMİYYƏT

01 Avqust 2022 | 13:53 | Müəllif: Qalib İbrahimoğlu

Lassa qızdırması: İnfeksionistdən TÖVSİYƏ

Xəbər verdiyimiz kimi, Qana rəsmiləri təhlükəli və nadir Marburq qızdırması barədə faktı təsdiqləyib. Qeyd olunub ki, "yaşıl meymun xəstəliyi" adlanan bu qızdırma neçə müddət idi, insan populyasiyasında yox idi. "Ölkədə Marburq virusuna yoluxma halı aşkarlanb. Aparılan testlər bunu təsdiq edib. Qana rəsmiləri bundan narahatdır", - deyə rəsmi məlumatda yazılıb. 2 xəstə və 98 nəfər onlarla təmasda olanlar karantinə alınıb.

Qeyd edək ki, Marburq qızdırması Nil, Ebola, Lassa qızdırması kimi xüsusi təhlükəli infeksiyalar qrupuna daxildir. Ölüm faizi 35-30%-dir. İnfeksiya alovlanması zamanı hətta 90% çata bilər. Virus ilk dəfə 1967-ci ildə aşkarlanıb və alman şəhəri Marburqun şərəfinə adlandırılıb.

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, Lassa qızdırması yeni bir xəstəlik deyil: “Vaxtaşırı bu xəstəliklər haqqında məlumat yayılır və hər kəs düşünür ki, bunlar yeni xəstəlikdir. Əslində isə çoxdan elmə məlum olan müxtəlif enfeksion xəstəliklərdir. Bu xəstəliklərinin əksəriyyətinin ocağı Afrikada yerləşir. Vaxtaşırı bu endemik ocaqların aktivləşməsi yoluxma saylarında artımın baş verməsində təbii bir haldır”.

N.Əzimli qeyd edib ki, buna görə narahat olmağa dəyməz. Onun sözlərinə görə, əgər meymunçiçəyində olduğu kimi hər hansı bir kənara çıxma varsa, yəni xəstəlik qeyri-xarakterik ərazidə yayılmağa başlarsa, xəstəliyin gedişatında hər hansı dəyişiklik başlarsa, bu haqda məlumat verilir: “Yalnız bu zaman tədbirlər görülməyə ehtiyac olur. İndi isə sadəcə təbii artımdan söhbət gedir və bundan ötrü ciddi bir narahatlığa ehtiyac yoxdur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR