• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Direktorların işə qəbulu ilə bağlı açıqlama

CƏMİYYƏT

31 Avqust 2022 | 11:50

Direktorların işə qəbulu ilə bağlı açıqlama

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri bəlli olub.

Bu barədə Bakıvaxtı.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri təhlil olunub, müsahibə mərhələsindən uğurla keçən 2 namizəd müvafiq vəzifə üzrə təyinat alıb.

Qeyd edək ki, müsahibə mərhələsində işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd, həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış 16 nəfər olmaqla, ümumilikdə 22 namizəd iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR