Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğalının 219-cu günündə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ilhaqını elan edəcək.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, region Ukrayna ərazisinin təxminən 15 faizini təşkil edir.
Kremlin sözçüsü Dmitri Peskov münaqişələrə yeni rəng qatacağı gözlənilən bu addımın təfərrüatlarını açıqlayıb: “Kreml Sarayında prezident Putinin iştirakı ilə böyük mərasim keçiriləcək. Saatların əqrəbləri 15:00-ı göstərəndə deputatların və digər qonaqların iştirakı ilə yeni torpaqların Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalanacaq. Mərasim Putinin çıxışı ilə davam edəcək".
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Putinin ilhaqı elan edəcəyi təqdirdə iplərin tamamilə qırılacağı və sülh danışıqlarının olmayacağı barədə xəbərdarlıq edib. Hazırda tam olaraq Rusiyanın nəzarətində olmayan bu bölgələrdə baş verən qarşıdurmalar bu gündən etibarən Moskva üçün “Rusiyaya hücum” kimi qiymətləndiriləcək.
Aytac Aslan
















