• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vasif Məhərrəmli Rəhimin xəstəliyi ilə bağlı görüntü paylaşdı

CƏMİYYƏT

30 Sentyabr 2022 | 11:41

Vasif Məhərrəmli Rəhimin xəstəliyi ilə bağlı görüntü paylaşdı

Müğənni Vasif Məhərrəmli ötən gün vəfat edən Rəhim Rəhimlinin ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, o, öz instaqram səhifəsində müğənninin özünün sağlığında ona göndərdiyi videonu paylaşıb.

V. Məhərrəmli qeyd edib ki, Rəhimi məclisinə çağırsa da, o, iştirak edə bilməyib. Xəstəliyi səbəbindən şişmiş ayaqlarının videosunu V. Məhərrəmliyə göndərərək üzrxahlıq edib. O, videoda qaraciyərində problemlər olduğunu, bu səbəbdən ayaqlarının şişdiyini qeyd edib.

“Ay Rəhim, Allah sənə rehmet eləsin! İncimişdim səndən dostum. Kaş ki incimiyəydim, dostum . Meclisə çağırmışdım, gəlməmişdin deyə mənə çəkib video atdın. Kaş ki zeng edəydim danışaydıq. Deyirdim anamın en ist\diyi müğənni sənsən. Sən çox təmiz adam idin Rehim. Bundan sonra bizə “dostum” kəlməsini kim deyəcək, ay Rəhim. Məkanın cənnət olsun, əziz dost!”, - paylaşımda qeyd olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026