• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ali məktəblərə ixtisas seçiminin vaxtı AÇIQLANDI

CƏMİYYƏT

01 Avqust 2022 | 14:33

Ali məktəblərə ixtisas seçiminin vaxtı AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkızindən Bakıvaxtı.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi 16-28 avqust, 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə isə 8-17 avqust tarixlərində aparılacaq.

İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə iyulun 21-də keçirilən imtahan nəticələri bu həftə ərzində elan olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026