Böyük Britaniya Rusiyaya qarşı sanksiyaların səmərəsiz olacağı təqdirdə ləğv edilməsinə icazə verəcək.
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Moskvadakı səfirliyi açıqlama yayıb.
Açıqlamaya görə, anti-Rusiya məhdudiyyətlərinin artıq faydalı olmadığı müəyyən edilərsə və ya təqdim edilmiş dəstək xarici siyasət məqsədinə nail olunarsa, bu halda sanksiyalar ləğv edilə bilər.
Lordlar Palatasının hazırkı üzvü Riçard Endryu sanksiyaların ləğvi ilə bağlı qərarın ABŞ-də veriləcəyini və Böyük Britaniyanın onlara əməl etməli olacağını bildirib:
"Bu, ABŞ-nin rəhbərlik etdiyi əməliyyatdır və avropalılar müxtəlif səviyyələrdə onlarla birlikdə sürüklənirlər. İndi ən yaxşı ümid ABŞ-nin gələcək prezidentinin bizi bu qarışıqlıqdan çıxarmaq üçün addımlar atmasıdır".
Qeyd edək ki, Böyük Britaniya hakimiyyəti mütəmadi olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir. İyun ayında London Moskva birjasında ABŞ-nin məhdudiyyətlərinə qoşulub.
Gülşən Şərif