• Bakı C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Böyük Britaniya Ukraynalı qaçqınlara dəstəyi azaldır

DÜNYA

05 Fevral 2025 | 10:55

Böyük Britaniya Ukraynalı qaçqınlara dəstəyi azaldır

Böyük Britaniya hökuməti Ukraynalı qaçqınlara göstərilən dəstəyi tədricən azaldır.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Məluamat görə, Britaniya hökuməti Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ukraynalılara səxavətli qəbul şəraiti yaratmışdı. Lakin indi bu dəstəyin bir hissəsi tədricən məhdudlaşdırılır.

Qeyd olunur ki, hökumət Ukraynalı qaçqınları Britaniya ailələri ilə birləşdirən "Ukrayna üçün evlər" proqramının maliyyələşdirilməsini azaldır. Hazırda Britaniya hökuməti ukraynalıları qəbul edən ailələrə aylıq 500 funt sterlinq ödəyir. Lakin apreldən etibarən bu məbləğ 350 funt sterlinqə endiriləcək.

Bundan əlavə, Britaniya hökuməti Ukraynalıların ölkəyə gəlişi üçün mövcud olan yolları məhdudlaşdırıb və qaçqınları qəbul etmək istəyən britaniyalılar üçün tələbləri sərtləşdirib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

04 Fevral 2025