• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Böyük Britaniyadan İrana qarşı yeni sanksiyalar

DÜNYA

24 Aprel 2023 | 17:22

Böyük Britaniyadan İrana qarşı yeni sanksiyalar

Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 4 üzvünə sanksiya tətbiq edib.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, sanksiyalar siyahısının yenilənmiş variantı bu gün Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Sanksiyaya məruz qalanlar SEPAH-ın komandiri Məhəmməd Nəzər Əzimi (Kirmanşah əyalətində etirazları qəddarcasına yatırtdığına görə), SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki bölməsinin komandiri Həbib Şahsavari (Məhabadda və Piranşehrdə etiraz aksiyalarının yatırılmasına görə), SEPAH-ın Mərkəzi əyalətindəki komandiri Möhzən Kərimi (etirazların qəddarcasına yatırılmasına görə) və SEPAH-ın “Kərbəla” əməliyyat bazasının komandiri Əhməd Kademdir (Xuzistan əyalətinin İze şəhərində etirazları qəddarcasına yatırdığına görə).

Tətbiq olunan sanksiyalara Böyük Britaniyada aşkar ediləcəyi təqdirdə maliyyə aktivlərinin dondurulması, həmçinin Böyük Britaniyaya girişin qadağan edilməsi daxildir.

“İran rejimi İran xalqının kobud şəkildə repressiya məruz qalmasına və bütün dünyaya qan tökülməsini “ixrac etdiyinə” görə məsuliyyət daşıyır. Məhz buna görə də biz İrana qarşı, o cümlədən bütünlükdə SEPAH-a qarşı 300-dən çox sanksiya tətbiq etmişik”, - Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026