• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qısamüddətli daxili uçuşlar qadağan edilir

DÜNYA

24 May 2023 | 16:51

Qısamüddətli daxili uçuşlar qadağan edilir

Fransa təəccüblü bir qərara imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, ölkədə 2,5 saatdan az müddət davam edən daxili uçuşlar qadağan edilib.

Bu addım istixana qazı emissiyalarının (tullantılarının) azaldılması siyasəti çərçivəsində atılıb.

Rəsmi qəzetdə dərc olunan qərara əsasən, Fransada qatar alternativi olan 2,5 saatdan az müddətli daxili uçuşlar qadağan edilib.

Müvafiq qadağa 3 il müddətində qüvvədə olacaq.

Fransa nəqliyyat naziri Klement Beaune verdiyi yazılı açıqlamada bildirib ki, sözügedən qərarla Nant, Bordo, Lyon və Paris-Orly arasında uçuşlara qadağa tətbiq edilib.

Beaune qeyd edib ki, bu qərar istixana qazı emissiyalarının azaldılması siyasəti məqsədilə atılan əsas addımdır.

Nazir bu addımın dünyada bir ilk olduğunu vurğulayıb. Həmçinin bunun hökuməti daha az istixana qazı buraxan nəqliyyat növlərinin istehsalına təşviq etmək siyasəti ilə də üst-üstə düşdüyünü nəzərə çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026