• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Braziliyada “hiss olunan temperatur” rekordu qırılıb - 60,1 dərəcə

DÜNYA

18 Mart 2024 | 23:00

Braziliyada “hiss olunan temperatur” rekordu qırılıb - 60,1 dərəcə

Braziliyanın Rio-de-Janeyro şəhərində hiss olunan temperaturun 60,1 dərəcəyə yüksəlməsi ilə ölkədə indiyədək ən yüksək “hiss olunan temperatur” qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Braziliya mətbuatında Rio de Janeyro Xəbərdarlıq Sisteminə əsaslanan məlumata görə, bütün zamanların ən yüksək temperatur rekordu 16 martda olub.

Şəhərin qərbində hiss edilən 60,1 dərəcə Selsi temperatur 2023-cü il noyabrın 18-də olan 59,7 dərəcəni keçərək rekordlar qırıb.

Qeyd edək ki, mütəxəssislər “El Nino”nun yaratdığı hava hadisələri ilə əlaqədar ölkənin bəzi bölgələrində temperatur rekordlarının ola biləcəyini bildirmişdilər.


SON XƏBƏRLƏR

26 Aprel 2024