• Bakı 18° C

    11.06 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik

DÜNYA

17 Aprel 2024 | 23:00

Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə gedən müzakirəsi zamanı bir daha aydın oldu ki, opponentlərin layihəyə qarşı arqumentləri yoxdur. Bu qanun Avropa qanunudur və şəffaflıq heç kimə qarşı yönələ bilməz.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Amerika və Avropadan olan bəzi siyasətçilərin bəyanatlarında heç bir arqument görünmədi. Arqumentsiz bəyanatlar isə hakim partiyanın qərarına yenidən baxılması üçün əsas ola bilməz.

“Parlament ekspertizası bir daha təsdiqlədi ki, layihənin əleyhdarlarının qanun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində qanun Avropanındır. Çünki bu qanun əsas Avropa dəyərlərindən birinə, yəni şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin Avropa qanunu olmaqla yanaşı, dövlətçiliyimizin əsas prinsipini - Gürcüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmlidir", - Kobaxidze qeyd edib.

Kobaxidze deyib ki, Qərbin tənqidlərinə baxmayaraq, qanunun qəbulundan imtina edilməyəcək.


SON XƏBƏRLƏR